Yuxarı
    Bağlamaq

    Abşeron, Ağdaş, Qazax və Astara magistral qaz kəmərlərində təmir aparılacaq

    ​Sabah bir neçə rayonun kəndlərinə qaz verilişində fasilə yaranacaq

    Bakı. 22 sentyabr. REPORT.AZ/ Sentyabrın 23-də saat 10:00-dan 18:00-dək Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "5-ci siyirtmə", Ağdaş magistral qaz kəmərləri sahəsinin “Zaqatala", Qazax magistral qaz kəmərləri sahəsinin “Alabaşlı” və “Köçəsgər”, Astara magistral qaz kəmərləri sahəsinin “Saatlı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

    "Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər veirr ki, təmir müddətində Qazax rayonunun Şıxlı, Qaymaqlı və Kəmərli, Xaçmaz rayonunun Xudat və Yalama, Samux rayonunun Qarayeri, həmçinin Ağstafa rayonunun Köçəsgər, Eynallı, Köhnə qışlaq, Tatlı, Yuxarı Göycəli və Aşağı Göycəli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

    Aparılan işlərin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin, İmişli, Saatlı, Sabirabad və Zaqatala rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi