​Britaniya parlamentinin deputatı güllələnib

​Britaniya parlamentinin deputatı güllələnib Həkimlər iki uşaq anası olan 41 yaşlı Koksun vəziyyətini ağır kimi qiymətləndiriblər
Other countries
June 16, 2016 18:07
​Britaniya parlamentinin deputatı güllələnib

Bakı. 16 iyun. REPORT.AZ/ Britaniya parlamentinin Aşağı Palatasının Leyboristlər Partiyasından olna deputatı Helen Coan Koks bıçaqlanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında Qərbi Yorkşir qraflığının Birstall şəhərində baş verib.

Şahidlər bildirib ki, 41 yaşlı deputata həm də odlu silahdan atəş açılıb. Deputat ağır yaralanıb.

Xəbərə əsasən, həkimlər iki uşaq anası olan 41 yaşlı Koksun vəziyyətini ağır kimi qiymətləndiriblər.

Hüquq-muhafizə orqanları hadisəylə bağlı əlavə açıqlama verməyib.

Faktla bağlı araşdırma aparılır.

Latest news

Orphus sistemi