​Xəzər rayonunda “Məktəblilərin Sağlamlıq Forumu” keçirilib

​Xəzər rayonunda “Məktəblilərin Sağlamlıq Forumu” keçirilib Forum çərçivəsində məktəblilərə zəruri olan maarifləndirici materiallar paylanıb
Elm və təhsil
10 İyun , 2016 15:23
​Xəzər rayonunda “Məktəblilərin Sağlamlıq Forumu” keçirilib

Bakı. 10 iyun. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi Xəzər rayonunda “Məktəblilərin Sağlamlıq Forumu”nu təşkil edib.

Mərkəzdən "Report"a bildirilib ki, tədbir Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində keçirilib. Məqsəd məktəblilər arasında sağlamlıq mədəniyyətinin formalaşması, onların insan orqanizminə zərərli vərdişlərdən uzaqlaşdırılmasına kömək etməkdir.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə forumun əhəmiyyəti barədə iştirakçılara məlumat verərək deyib ki, bundan əvvəl tədbir Bakının Nərimanov, Binəqədi, Səbail, Nəsimi, Sabunçu və Nizami rayonlarında da keçirilib. O, Azərbaycan uşaq, yeniyetmə və gənclərin sağlam inkişafı istiqamətində görülən işlər, bu istiqamətdə QHT-dövlət əməkdaşlığına dair müsbət təcrübələri forum iştirakçıları ilə bölüşüb.

Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev bildirib ki, gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində aparılan işləri, habelə təşkil olunmuş bu forumun əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, təcrübəli həkimlərin iştirakı bu cür forumların ayrı-ayrı rayonlarda keçirilməsi və çoxlu sayda məktəblini əhatə etməsi təqdirəlayiq haldır.

Digər natiqlər də məktəblilərin sağlam həyat tərzi keçirməsi üçün dövlət qurumlarının, məktəblərin, QHT və KİV-lərin, o cümlədən valideynlərin birgə əməkdaşlıq etməsinin zəruri olduğunu vurğulayıblar.

Forumun ikinci hissəsində həkimlər Nərgiz Cabbarova və Attila Quliyevin məktəblilər üçün düzgün qidalanma, şəxsi gigiyena, zərəli vərdişlərlə mübarizə və digər mövzulara həsr olunmuş məruzələri dinlənilib, videomaterillar nümayiş etdirilib. Daha sonra interaktiv metodla məktəblilər arasında fikir mübadiləsi aparılıb. Məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Forum çərçivəsində məktəblilərə zəruri olan maarifləndirici materiallar paylanıb.

Son xəbərlər

Orphus sistemi