Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər Ankarada səfərdə olan Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev türkiyəli həmkarı Yusuf Tekinlə görüşüb.
Elm və təhsil
8 May , 2024 21:52
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər

Ankarada səfərdə olan Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev türkiyəli həmkarı Yusuf Tekinlə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhsil Nazirliyinin mətbuat xidməti bildirib.

“Nazir Tekin Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının (QİK) 11-ci Dövr Toplantısı münasibətilə Türkiyədə səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşüb”, – mətbuat xidməti diqqətə çatdırıb.

Qeyd olunub ki, nazirlərin görüşündə “iki ölkə arasında davam edən və planlanan təhsil əməkdaşlığı mövzularında fikir mübadiləsi aparılıb”.

Son xəbərlər

Orphus sistemi