TQDK ixtisas seçimi edən abituriyentlərə müraciət edib

TQDK ixtisas seçimi edən abituriyentlərə müraciət edib Ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə 34 749 abituriyent ərizələrini təsdiqləyib
Elm və təhsil
10 Avqust , 2015 12:48
TQDK ixtisas seçimi edən abituriyentlərə müraciət edib

Bakı. 10 avqust. REPORT.AZ/ Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi davam edir. TQDK-dan "Report"a bildirilib ki, bu gün saat 12:00-a olan məlumata görə ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə 34 749 abituriyent, V ixtisas qrupu üzrə isə 8 338 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

İxtisas seçimi avqustun 11-də saat 23:59-da başa çatacaq. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Son xəbərlər

Orphus sistemi