TQDK: Elnur Nağızadə haqqında səslənən iddialar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır

TQDK: Elnur Nağızadə haqqında səslənən iddialar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır "Elnur Nağızadə dekabr ayının ortalarında işdən azad olunub"
Elm və təhsil
3 Fevral , 2016 18:31
TQDK: Elnur Nağızadə haqqında səslənən iddialar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır

Bakı. 3 fevral. REPORT.AZ/ "Elnur Nağızadə haqqında səslənən iddialar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib.

Məlumatda qeyd olunub ki, TQDK-nın mətbuat xidmətinin keçmiş əməkdaşı Elnur Nağızadə noyabr ayında əmək məzuniyyətinə çıxması və məzuniyyətdən sonra ailə vəziyyəti ilə əlaqədar işdən azad olunması ilə bağlı ərizə ilə müraciət edib: "Bununla əlaqədar noyabr-dekabr aylarında növbəti əmək məzuniyyətində olub və məzuniyyətdən qayıtdıqdan sonra dekabr ayının ortalarında işdən azad olunub".

Qeyd edək ki, TQDK-nın keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. “Report”un xəbərinə görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Xatırladaq ki, E.Nağızadə beş ildən artıq TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 

Son xəbərlər

Orphus sistemi