Təhsil Nazirliyi gürcü dili üzrə mütəxəssis axtarır

Təhsil Nazirliyi gürcü dili üzrə mütəxəssis axtarır Xidmətin icra müddəti bu ilin dekabr ayından gələn ilin dekabr ayınadək olacaq
Elm və təhsil
12 Noyabr , 2015 15:21
Təhsil Nazirliyi gürcü dili üzrə mütəxəssis axtarır

Bakı. 12 noyabr. REPORT.AZ/ Təhsil Nazirliyi gürcü dili üzrə mütəxəssis axtarır. Nazirlikdən "Report"a verilən məlumata görə, mütəxəssis dərsliklərin gürcü dilinə tərcüməsinin keyfiyyətinin eskpertizasını aparacaq.

Belə ki, ümumtəhsil məktəblərinin ibtidai (I-IV siniflər) və ümumi orta (V-IX siniflər) təhsil səviyyələri üçün "Azərbaycan dili" (dövlət dili kimi), "Riyaziyyat", "Xarici dil", "İnformatika", "Həyat bilgisi", "Texnologiya", "Musiqi", "Təsviri incəsənət", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya", "Fiziki tərbiyə" fənləri üzrə dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) gürcü dilinə tərcüməsinin keyfiyyətinin ekspertizası aparılacaq.

Xidmətin icra müddəti bu ilin dekabr ayından gələn ilin dekabr ayınadək olacaq.

Xidmət üzrə tələb olunan mütəxəssis seçimi zamanı müxtəlif elm sahələri üzrə Azərbaycan-gürcü, yaxud rus-gürcü dilləri üzrə peşəkar bilik və bacarıqlara, pedaqoji təcrübəyə malik olanlara üstünlük veriləcək.

Son xəbərlər

Orphus sistemi