Təhsil naziri Qobustanda vətəndaşları qəbul edəcək

Təhsil naziri Qobustanda vətəndaşları qəbul edəcək Qəbulda Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər
Elm və təhsil
1 Fevral , 2016 10:56
Təhsil naziri Qobustanda vətəndaşları qəbul edəcək

Bakı. 1 fevral. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov fevralın 8-də Qobustan şəhərindəki Gənclər Mərkəzində Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərini qəbul edəcək.

Nazirlikdən "Report"a verilən xəbərə görə, qəbulda Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 1, 2, 3, 4 və 5 fevral tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən vətəndaşlar qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etməlidirlər.

Son xəbərlər

Orphus sistemi