Azərbaycanda təhsil müəssisələrinə əlavə səlahiyyətlər veriləcək

Azərbaycanda təhsil müəssisələrinə əlavə səlahiyyətlər veriləcək Həmçinin təhsil müəssisələrində dövlət-ictimai idarəetmə strukturları yaradılacaq
Elm və təhsil
20 Yanvar , 2015 14:24
Azərbaycanda təhsil müəssisələrinə əlavə səlahiyyətlər veriləcək

Təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyətin verilməsinin normativ hüquqi bazası yaradılacaq

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycanda təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modeli yaradılacaq. "Report" xəbər verir ki, bu barədə prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında qeyd olunub.

Plana əsasən, təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyətin verilməsinin normativ hüquqi bazası yaradılacaq. 2018-2020-ci illərdə yaradılması planlaşdırılan yeni bazanın işinin təşkili Nazirlər Kabineti və Təhsil Nazirliyinə tapşırılıb.

Eyni zamanda, 2020-ci ildə təhsil müəssisələrində strateji idarəetmənin tətbiqi mexanizmlərinin yaradılması Təhsil Nazirliyinə həvalə olunub.

Daha bir yenilik isə maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə, təhsil müəssisələrində dövlət-ictimai idarəetmə strukturlarının (Valideyn-Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) yaradılması üzrə təkliflərin hazırlanmasıdır. Bu tədbir 2020-2021-ci illəri əhatə edəcək və fəaliyyətin icrası Təhsil Nazirliyinə tapşırılıb.  

Son xəbərlər

Orphus sistemi