Aydın Mirzəzadə: “Təhsil kreditləri məsələsi həll edilməlidir"

Aydın Mirzəzadə: “Təhsil kreditləri məsələsi həll edilməlidir" “Valideynlər narazılıq edirlər"
Elm və təhsil
30 Sentyabr , 2016 12:29
Aydın Mirzəzadə: “Təhsil kreditləri məsələsi həll edilməlidir

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Bir müddət əvvəl Azərbaycanda Maarifçi Tələbə Kredit Fondu yaradıldı. Amma təəssüflər olsun ki, bu quruma 11 universitet üzv oldu. Bu da müəyyən problemlər yaradır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu sahədə problemlər tam həllini tapmayıb: “Valideynlər narazılıq edirlər, universitetlərin bir hissəsi Maarifçi Tələbə Kredit Fonduna üzv olmayıb. Düşünürəm ki, tələbələrin bu problemi həll edilməlidir”.

Son xəbərlər

Orphus sistemi