​Regionlarda gənc təlimçilər klubları yaradılır

​Regionlarda gənc təlimçilər klubları yaradılır Gənclər üçün Təhsil Mərkəzi “Regionlarda gənc təlimçilər klublarının formalaşdırılması” layihəsini davam etdirir
Elm və təhsil
5 Mart , 2015 18:20
​Regionlarda gənc təlimçilər klubları yaradılır

Bakı. 5 mart. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Regionlarda gənc təlimçilər klublarının formalaşdırılması” layihəsini davam etdirir. Mərkəzdən “Report”a bildirilib ki, Gəncə, Mingəçevir və Ağcabədidə icra olunan layihənin əsas məqsədi regionlarda gənc təlimçilərin şəbəkələşməsinə, gənclər arasında qeyri-formal təhsil metodologiyasının təşviq olunmasına və təlimçilik bacarıqlarının inkişaf etdirilməsinə dəstək verməkdir.

Ötən dövr ərzində layihə çərçivəsində müxtəlif idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən gənc təlimçilər bir araya gətirilmiş, onların yenidən təkmilləşdirilməsi və bir sıra yeni təlim modullarının hazırlanması istiqamətində iş aparılıb.

Hazırda 3 regionda təlim keçmiş gənc təlimçilərin klublarının formalaşdırılması prosesinə başlanılıb. Müxtəlif sahələr üzrə təlimçilik qabiliyyətinə malik olan gənclərin yaradılacaq klublarda toplanması, onlarla birgə iş aparılması nəzərdə tutulur. Eyni zamanda həmin regionlarda təlimçilərə yarana biləcək ehtiyacı da məhz bu klubların ödəməsi planlaşdırılır.

Qeyd edək ki, klublar Mərkəzin adı çəkilən regionlardakı ofislərində fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi