“Pətək” İctimai Birliyinin “Sağlam olaq” klubunun məktəblilərlə növbəti görüşü keçirilib

“Pətək” İctimai Birliyinin “Sağlam olaq” klubunun məktəblilərlə növbəti görüşü keçirilib Layihədə Bakının 15 məktəbi və 1 təşkilatı iştirak edib
Elm və təhsil
3 Dekabr , 2015 18:00
“Pətək” İctimai Birliyinin “Sağlam olaq” klubunun məktəblilərlə növbəti görüşü keçirilib

Bakı. 3 dekabr. REPORT.AZ/ Bakı şəhərində yerləşən 6 saylı orta məktəbdə “Pətək” İctimai Birliyinin “Sağlam olaq” klubunun “Sağlam qida, sağlam nəsil” müsabiqə-sərgisi çərçivəsində məktəblilərlə II görüş keçirilib. “Report” xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyi Məhkəmə Tibb Ekspertiza Mərkəzinin həkim- eksperti Səfərbəy Səfərbəyov, “Herba Flora” şirkətinin müdiri, həkim Füzuli Hüseynov, “Hatt Recers” konsaltinq şirkətinin direktoru, sosioloq Şahin Zülfüqarov, müsabiqədə iştirak edən məktəbin müəllimləri, valideynlər və şagirdlər iştirak edib. 

“Pətək” İB-nin sədri Sevinc Əsgərova bildirib ki, lahiyədə Bakının 15 məktəbi və 1 təşkilat iştirak edir: “Müsabiqədə 1000-dən çox məktəbli iştirak edib. Layihələr yazılı, video, elektron təqdimat formasında təqdim olunub. Bugünkü tədbirdə hər məktəbdən qalib olan və fərqlənən şagirdlər iştirak edir. Bu bizim ikinci görüşümüzdür. “Sağlam olaq” klubunun məktəblilərlə ilk görüşü noyabr ayının 4-də keçirilib. Görüş ayda bir dəfə nəzərdə tutulub. Məqsədimiz layihədə qalib olan məktəblilərin özlərindən yaşca kiçik olan yoldaşlarını maarifləndirməsidir”. 

Tədbirdə çıxış edən ekspertlər şagirdlərə sağlam yaşam və sağlam qidalanmaq üçün zəruri tövsiyələr veriblər. 

Qeyd edək ki, “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyi qeyri-hökümət uşaq təşkilatıdır. Birlik 2009-cu ildə dövlət qeydiyyatından keçib. Təşkilatın məqsədi Azərbaycan uşaqlarını milli-əxlaqi dəyərlərə sahib çıxan hərtərəfli inkişaf etmiş, cəmiyyətə faydalı şəxsiyyət kimi yetişdirməkdir.

Son xəbərlər

Orphus sistemi