Peşə təhsili müəssisələrində axşam növbələri yaradılacaq

Peşə təhsili müəssisələrində axşam növbələri yaradılacaq Bakı şəhəri üzrə 26 peşə təhsil müəssiəsi birləşdirilərək 1 təhsli mərkəzi, Gəncədə isə 6 peşə məktəbi birləşdirilərək 2 təhsil mərkəzi yaradılıb
Elm və təhsil
19 Oktyabr , 2016 13:08
Peşə təhsili müəssisələrində axşam növbələri yaradılacaq

Bakı. 19 oktyabr. REPORT.AZ/ Peşə təhsili müəssisələrində təhsil almaq istəyən yaşlı insanlar üçün axşam növbələri yaradılacaq.

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev deyib.

Onun sözlərinə görə, yaşlı insanlar da heç bir imtahan vermədən mərkəzlərdə oxuya biləcək: “İşini itirən yaşlı insanlar üçün axşam növbəsində kurslar təşkil olunacaq. Həmin insanlar da dövlət hesabına təhsil ala biləcəklər”.

Direktor bildirib ki, birləşdirilən peşə təhsili müəssiələrinin binaları təhsil almaq üçün normal vəziyyətdə olmadığı halda yeni binaların tikilməsi məsələsi qaldırılacaq: "Peşə təhsili müəssisələri yataqxanalarla da təmin olunacaq".

O qeyd edib ki, Bakı şəhəri üzrə 26 peşə təhsil müəssiəsi birləşdirilərək 1 təhsli mərkəzi, Gəncədə isə 6 peşə məktəbi birləşdirilərək 2 təhsil mərkəzi yaradılıb.

F.Mustafayev vurğulayıb ki. rasionallaşdırma nəticəsində regionlarda ixtisaslaşdırılmış Regional Təhsil Məkəzləri yaradılacaq.  

Son xəbərlər

Orphus sistemi