Paskal Mönye Mingəçevirdə gənclər təşkilatında olub

Paskal Mönye Mingəçevirdə gənclər təşkilatında olub Səfir I Avropa Oyunları ilə bağlı dəstək festivalına hazırlıq işləri ilə tanış olub
Elm və təhsil
7 Aprel , 2015 15:07
Paskal Mönye Mingəçevirdə gənclər təşkilatında olub

Bakı. 7 aprel. REPORT.AZ/ Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisində olub. Bu barədə "Report"a Gənclər üçün Təhsil Mərkəzindən məlumat verilib.

Ofisin rəhbəri Tural Kərimov qonağı Mərkəzin yerləşdiyi məkanla və işçi heyətlə yaxından tanış edərək bildirib ki, Azərbaycanla Fransa arasında əlaqələr tarixi köklərə malikdir: "Bu münasibətlər hazırda uğurla davam etdirilir. Bu gün nəinki dövlət səviyyəsində, eləcə də gənclər təşkilatları səviyyəsində əməkdaşlıq imkanlarımız genişləndirilir".

I Avropa Oyunları ilə bağlı Mərkəz tərəfindən yaxın günlərdə Mingəçevir şəhərində keçiriləcək dəstək festivalına hazırlıq işləri ilə tanış olan Paskal Mönye təşkilatçı gənclərlə görüşüb.

Görüşün davamında Mərkəzin tərkibində yaradılması nəzərdə tutulan fransız dili kursları ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi