Mikayıl Cabbarov təhsil müəssisələrində Avropa Oyunları adı altında vəsait toplanması barədə yayılan xəbərlərə münasibət bildirib

Mikayıl Cabbarov təhsil müəssisələrində Avropa Oyunları adı altında vəsait toplanması barədə yayılan xəbərlərə münasibət bildirib “Rayon təhsil şöbəsinin müdiri nazirliyin Daxili nəzarət şöbəsinə dəvət olunub”
Elm və təhsil
5 May , 2015 12:30
Mikayıl Cabbarov təhsil müəssisələrində Avropa Oyunları adı altında vəsait toplanması barədə yayılan xəbərlərə münasibət bildirib

“Rayon təhsil şöbəsinin müdiri nazirliyin Daxili nəzarət şöbəsinə dəvət olunub”

Bakı. 5 may. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələrində Avropa Oyunları adı altında vəsait toplanması barədə yayılan xəbərlərə münasibət bildirib. Bununla bağlı “Report”un sualını cavablandıran nazir bildirib ki, məktəblərdə, ümumi təhsil müəssisələrində bəhanədən asılı olmayaraq istənilən qeyri-rəsmi pul yığılması hərəkətləri qeyri-qanunidir.

Onun sözlərinə görə, bəzi hallarda yoxlanılmadan və ya aidiyyəti üzrə müraciət etmədən bu cür xəbərlər yayılır: “Bu nöqteyi-nəzərdən, Təhsil Nazirliyi, yaxud aiddiyəti üzrə istənilən hüquq-mühafizə orqanına qeyri-qanuni addımla bağlı edilən hər bir müraciət tam şəkildə araşdırılır və xüsusi nəzarətdə saxlanılır”.

Nazir qeyri-rəsmi pul yığılması ilə bağlı məlumatları mediadan izlədiyini söyləyib: “Nazirliyin 146 saylı “Qaynar xətt”inə təəssüf ki, heç bir müraciət daxil olmayıb. Amma mediada Xaçmaz rayonunun kəndlərindən birində belə bir halın olması iddia edilirdi. Bu faktla bağlı rayon təhsil şöbəsinin müdiri nazirliyin Daxili nəzarət şöbəsinə dəvət olunub və müvafiq araşdırmalar həyata keçirilib. Burada ən böyük məsələ belə halların olmasında vətəndaşlar gizlənməməli və özlərinin üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirməlidir”.

Son xəbərlər

Orphus sistemi