Kolleclərə boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb

Kolleclərə boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb 1 796 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub
Elm və təhsil
11 Avqust , 2015 13:03
Kolleclərə boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb

Bakı. 11 avqust. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə müsabiqənin nəticələrini elan edib. TQDK-dan "Report"a verilən xəbərə görə, boş qalan 2 202 plan yerinin müsabiqəsində iştirak etmək üçün 3 171 abituriyent ərizə təqdim edib. 

Onlardan 1 796 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub. 

Qəbul olan abituriyentlərin siyahısı və müsabiqə nəticəsində formalaşan keçid balları avqustun 12-də "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunacaq.

Xatırladaq ki, qəbul olanlar avqustun 12-dən 18-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək.

Son xəbərlər

Orphus sistemi