Mayın 5-də keçirilən imtahanların nəticələri yaxın 3 həftə ərzində açıqlanacaq

Mayın 5-də keçirilən imtahanların nəticələri yaxın 3 həftə ərzində açıqlanacaq Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə mayın 5-də keçirilən imtahanların nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
Elm və təhsil
6 May , 2024 11:53
Mayın 5-də keçirilən imtahanların nəticələri yaxın 3 həftə ərzində açıqlanacaq

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə mayın 5-də keçirilən imtahanların nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən imtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanlarda istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış olmaq olar.

Son xəbərlər

Orphus sistemi