İSESCO-nun baş direktoru Bakı Ali Neft Məktəbində olub

İSESCO-nun baş direktoru Bakı Ali Neft Məktəbində olub Görüşdə İSESCO-ya üzv ölkələrin gənclərinin BANM-də təhsil almaları və bunun üçün qurum tərəfindən təqaüdün ayrılması təklif edilib
Elm və təhsil
30 Noyabr , 2015 10:45
İSESCO-nun baş direktoru Bakı Ali Neft Məktəbində olub

Bakı. 30 noyabr. REPORT.AZ/ İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakı Ali Neft Məktəbinin (BANM) rəhbərliyi ilə görüşüb. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin yaranma tarixi, fəaliyyət istiqamətləri, 4 illik fəaliyyəti ərzində nailiyyətləri haqqında qonağa ətraflı məlumat verib. Rektor tədris prosesinin ingilis dilində, müasir proqramlar və texnologiyalar əsasında və istehsalatla sıx əlaqədə həyata keçirildiyini xatırladıb. 

Rektor İSESCO-ya üzv olan ölkələrin gənclərinin BANM-də təhsil almaları imkanlarından danışıb və bunun üçün İSESCO tərəfindən təqaüdün ayrılması təklifini irəli sürüb. 

İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakıda və ölkənin ən nüfuzlu ali məktəbində yenidən olmasından məmnunluğunu ifadə edib. O, quruma üzv ölkələrdə neft-qaz və texnologiyalar üzrə ixtisaslaşmış bir sıra aparıcı ali təhsil müəssisələrinin mövcud olduğunu, lakin BANM-in çox müasir və səmərəli layihə hesab etdiyini bildirib.

İSESCO-ya üzv olan ölkələrin istedadlı gənclərinin BANM-də təhsili üçün təqaüdlərin ayrılmasını təqdirəlayiq hesab etdiyini və bunun üçün lazımi dəstək göstərilməsinə hazır olduğunu bildirib.

Görüşdə rektor Elmar Qasımov və İSESCO-nun baş direktoru Əbdüləziz əl-Tuveycri arasında quruma üzv olan ölkələrin vətəndaşlarının BANM-də təhsil almaları, bunun üçün təqaüdün ayrılması və təhsilin təşkili ilə bağlı müzakirələr aparılıb. 

Son xəbərlər

Orphus sistemi