Etik davranış qaydalarının ən çox pozulduğu dövlət qurumlarının adları açıqlanıb - SİYAHI

Etik davranış qaydalarının ən çox pozulduğu dövlət qurumlarının adları açıqlanıb - SİYAHI "Yerli icra hakimiyyəti orqanlarında tətbiq edilən 90 intizam tənbeh tədbirindən 85-i töhmət olub"
Elm və təhsil
27 Fevral , 2015 10:36
Etik davranış qaydalarının ən çox pozulduğu dövlət qurumlarının adları açıqlanıb - SİYAHI

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanda ən çox etik davranış qaydalarının pozulması hallarının aşkar olunduğu dövlət qurumlarının adları açıqlanıb. "Report"un xəbərinə görə, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov deyib ki, mərkəzi icra hakimiyyəti orqanları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilən 253 intizam tənbeh tədbirinin təhlili zamanı müəyyən olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 125, Dövlət Sosial Müdafiə Fondu üzrə 32, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 26, Təhsil Nazirliyi üzrə 14, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Energetika Nazirliyi üzrə 13, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dövlət Statistika Komitəsi üzrə 4, Milli Televiziya və Radio Şurası və Müəllif Hüquqları Agentliyi üzrə 2 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

O, həmçinin qeyd edib ki, hesabat dövründə yerli icra hakimiyyəti orqanlarında etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilən 90 intizam tənbeh tədbirindən 25-i Ağstafa rayon İcra Hakimiyyətinə məxsusdur: "Yerli icra hakimiyyəti orqanlarında tətbiq edilən 90 intizam tənbeh tədbirindən 85-i töhmət, 5-i dövlət qulluğundan azad edilmə olub".

Son xəbərlər

Orphus sistemi