Azərbaycanda doktorantura səviyyəsi üzrə ixtisasların sayı artırılıb

Azərbaycanda doktorantura səviyyəsi üzrə ixtisasların sayı artırılıb Bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb
Elm və təhsil
27 Avqust , 2015 16:15
Azərbaycanda doktorantura səviyyəsi üzrə ixtisasların sayı artırılıb

Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nda dəyişiklik edib.

"Report"un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə əsasən, "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nın "Siyasi elmlər" bölməsinə "Beynəlxalq münasibətlər" ixtisasından sonra "Davamlı inkişafın idarə edilməsi" ixtisası əlavə edilib.

Beləliklə, Təsnifatın "Siyasi elmlər" bölməsində ixtisasların sayı yeddi olub.

Son xəbərlər

Orphus sistemi