Britaniya şirkəti TQDK-ya imtahanların keçirilməsi üçün qorunmuş blanklar göndərib

Britaniya şirkəti TQDK-ya imtahanların keçirilməsi üçün qorunmuş blanklar göndərib "Mailroom Machines" şirkətinin satış direktoru: "Hər paketin 16 rəqəmli unikal barkodu var"
Elm və təhsil
4 Fevral , 2016 14:02
Britaniya şirkəti TQDK-ya imtahanların keçirilməsi üçün qorunmuş blanklar göndərib

Bakı. 4 fevral. REPORT.AZ/ Britaniyanın "Mailroom Machines" şirkəti Azərbaycana imtahanların keçirilməsi üçün qorunmuş blanklar və qablaşdırma sistemi göndərib.

"Report" "YorkshireRepost"a istinadən xəbər verir ki, bu, Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) şirkətə onların imtahan blanklarının təhlükəsiz çapı, qablaşdırılması və çatdırılması sisteminin işlənib hazırlanması üçün müraciəti əsasında həyata keçirilib.

İmtahan blankları çap olunub və kompüter aparatından istifadə edilərək hər tələbə üçün adlı formada ayrıca otaqda saxlanılır. Aparata "Canon" printerləri və Britaniya şirkətinin istehsal etdiyi təhlükəsiz qablaşdırma sistemi daxildir. O, Bakıda TQDK-nın inzibati binasında quraşdırılıb.

"Mailroom Machines" şirkətinin satış direktoru Pol Consunun bildirdiyinə görə, hər paketdə hər tələbə üçün spesifik olan 16 rəqəmli unikal barkod var. Paketlər xüsusi möhürlə mühafizə olunur və xüsusi qutulara yerləşdirilib. İmtahanlardan öncə imtahan mərkəzləri önündə onlar çap olunacaq.

Təhlükəsizlik prosedurlarını başa çatdırmaq üçün hər bir azərbaycanlı tələbənin imtahan blankı skanerdən keçirilib və kompüter proqram təminatı ilə qeydə alınıb. Bu isə imtahanın nəticələrini elə həmin gün elan etməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi