​BANM ilə British Council arasında əlaqələr genişlənir

​BANM ilə British Council arasında əlaqələr genişlənir BANM-in rektoru Elmar Qasımovla British Council-un ölkə üzrə direktoru Elizabet Vayt arasında müzakirələr aparılıb
Elm və təhsil
2 Avqust , 2016 11:31
​BANM ilə British Council arasında əlaqələr genişlənir

Bakı. 2 avqust. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) və British Council ikitərəfli əlaqələrini genişləndirmək barədə razılığa gəliblər.

Bakı Ali Neft Məktəbindən "Report"a verilən məlumata görə, bu barədə BANM-in rektoru Elmar Qasımovla British Council-un ölkə üzrə direktoru Elizabet Vayt arasında Ali Məktəbdə keçirilən görüş zamanı müzakirələr aparılıb. Elmar Qasımov British Council ilə əməkdaşlığın ən yüksək səviyyədə davam etdiyini qeyd edərək hər il British Council tərəfindən təşkil olunan IELTS imtahanlarında Ali Məktəbin tələbələrinin uğurlu nəticələr göstərdiyini, bu ilki nəticələrin daha yüksək olduğunu, xüsusilə BANM-in Kimya mühəndisliyi ixtisasında təhsil alan tələbəsi Fidan Quliyevanın tələbələr arasında ən yüksək nəticə göstərərək 8.5 bal toplamasını qonağın diqqətinə çatdırıb.

Elizabet Vayt BANM-lə mövcud əlaqələrdən olduqca məmnun olduğunu bildirirək Birləşmiş Krallığın müvafiq qurumları ilə əməkdaşlıq edən ali təhsil müəssisələri sırasında BANM-in xüsusi yer tutduğunu vurğulayıb. O, BANM ilə Heriot-Vatt Universiteti arasında əlaqələrin British Council tərəfindən daim diqqət və maraqla izləndiyini, Böyük Britaniyanın müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin yaradılması və inkişafında hərtərəfli dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.

Görüşdə British Council-un dəstəyi ilə BANM-də Birləşmiş Krallığın tarixi və mədəniyyəti ilə bağlı müxtəlif sosial və mədəni tədbirlərin keçirilməsi barədə də razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi