Bakı. 12 may. REPORT.AZ/
İmtahanın keçirilməsi üçün 79 bina ayrılıb. Bakı şəhəri üzrə 55 897 nəfər şagirdin (IX sinif üzrə 31489 nəfər və XI sinif üzrə 24408 nəfər) buraxılış imtahanında iştirak edəcəyi nəzərdə tutulub.
480 nəfər şagird (IX sinif üzrə 245 nəfər və XI sinif üzrə 235 nəfər) Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında buraxılış imtahanından azad edilib.