Bakıda keçiriləcək buraxılış imtahanında 50 mindən çox şagird iştirak edəcək

Bakıda keçiriləcək buraxılış imtahanında 50 mindən çox şagird iştirak edəcək 480 nəfər şagird buraxılış imtahanından azad edilib
Elm və təhsil
12 May , 2015 16:34
Bakıda keçiriləcək buraxılış imtahanında 50 mindən çox şagird iştirak edəcək

Bakı. 12 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 2-də 2014/2015-ci tədris ili üzrə Bakı şəhəri orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçirəcək. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

İmtahanın keçirilməsi üçün 79 bina ayrılıb. Bakı şəhəri üzrə 55 897 nəfər şagirdin (IX sinif üzrə 31489 nəfər və XI sinif üzrə 24408 nəfər) buraxılış imtahanında iştirak edəcəyi nəzərdə tutulub. 

480 nəfər şagird (IX sinif üzrə 245 nəfər və XI sinif üzrə 235 nəfər) Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında buraxılış imtahanından azad edilib. 

Son xəbərlər

Orphus sistemi