Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Məktəbdəki silahlı hadisə zamanı xəsarət alan olmayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Məktəbdəki silahlı hadisə zamanı xəsarət alan olmayıb "Hadisənin baş vermə səbəbləri araşdırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək"
Elm və təhsil
12 Noyabr , 2015 12:17
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Məktəbdəki silahlı hadisə zamanı xəsarət alan olmayıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 106 saylı tam orta məktəbdə dərs zamanı baş verən silahlı insidentlə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili nəzarət sektoru araşdırma aparır. Bu barədə "Report"un sorğusuna cavab olaraq idarədən bildirilib. 

İdarədən qeyd olunub ki, baş verən hadisənin təfsilatı ilə bağlı həmin məktəbin direktoru və texnologiya müəlliminin izahatları alınıb: "İlkin araşdırmaya görə, hadisə zamanı mediada qeyd edildiyi kimi şagird xəsarət almayıb və hazırda şagird dərsdədir. Hadisənin baş vermə səbəbləri araşdırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək".

Son xəbərlər

Orphus sistemi