Bakı Ali Neft Məktəbinin tələbələrinə BP-də təhlükəsizlik qaydaları üzrə təlim keçirilib

Bakı Ali Neft Məktəbinin tələbələrinə BP-də təhlükəsizlik qaydaları üzrə təlim keçirilib Tələbələr şirkətin "ATA yard" sahəsində olublar
Elm və təhsil
27 May , 2015 11:16
Bakı Ali Neft Məktəbinin tələbələrinə BP-də təhlükəsizlik qaydaları üzrə təlim keçirilib

Bakı. 27 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) tələbələri BP şirkətinin "ATA yard" sahəsində olublar. Bu barədə "Report"a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfərdən öncə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tələbələrlə görüşüb. Rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin bir sıra beynəlxalq və yerli şirkətlərlə əlaqələrindən söz açaraq, BANM-in BP şirkəti ilə əməkdaşlığından danışıb. O, tələbələrin transmilli şirkətlərdə istehsalat təcrübəsinin keçirilməsinin onların gələcək fəaliyyətində böyük uğur qazanmasına və təcrübəli mütəxəssis kimi yetişməsinə kömək edəcəyini deyib. Elmar Qasımov BP ilə yanaşı, digər transmilli şirkətlərdə də BANM tələbələrinin təcrübə keçəcəklərini vurğulayıb. O, BP şirkətində tələbələrin təcrübə keçməsi üçün Ali Məktəbin bu sahədə əməkdaşlığının davamlı olacağına inamını ifadə edib.

Səfər zamanı layihə meneceri Rəhman Rəhmanov, layihə mühəndisləri Yaşar Məmmədov və Rüstəm Kərimov təqdimatla çıxış ediblər. Tələbələrə "Şahdəniz – 2" layihəsi və platformalar haqda məlumat verilib.

Tələbələrə o cümlədən, təhlükəsizlik qaydaları üzrə təlim keçirilib və 16 nəfər tələbə 2 qrup şəklində hər qrupda 2 nəfər olmaqla 4 mühəndisin müşayiəti ilə platformaların hazırlandığı sahələrlə tanış olublar. Tələbələr mühəndislərlə birgə nahar edib və sonda səfər brifinqlə yekunlaşıb.

Qeyd edək ki, səfərin məqsədi tələbələri istehsalat sahələri ilə yaxından tanış etmək, onların təcrübi biliklərini artırmaqdır. BANM tələbələri "ATA yard" sahəsinə səfər edən ilk tələbələrdir.

Son xəbərlər

Orphus sistemi