​Bakı Alı Neft Məktəbində “Robototexnika” üzrə yarışma keçirilib

​Bakı Alı Neft Məktəbində “Robototexnika” üzrə yarışma keçirilib Komandalar içərisindən “New era” komandası 1-ci yeri qazanıb
Elm və təhsil
28 Yanvar , 2016 10:45
​Bakı Alı Neft Məktəbində “Robototexnika” üzrə yarışma keçirilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Ali məktəbin proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının təşkilatçılığı ilə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr arasında “Robototexnika” üzrə yarışma keçirilib.

Bakı Ali Neft Məktəbi İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov tələbələrin dərsdən əlavə çalışmaqla müəyyən qurğular yaradaraq öz biliklərini nümayiş etdirmələrindən məmnun olduğunu bildirib.

E.Qasımov tələbələrin yaradıcılıq və təşəbbüsünün böyük əhəmiyyət daşıdığını, onların bu nailiyyətlərinin davam edəcəyini deyib. Rektor tələbə yarışları və sərgilərinin əhəmiyyətindən söz açaraq bildirib ki, belə yarışlarda BANM-in əməkdaşlıq etdiyi beynəlxalq şirkətlərin təmsilçilərinin iştirakı da təqdirəlayiqdir. O, həmin şirkətlərin öz gələcək mütəxəssislərini indidən seçdiklərini vurğulıb və tələbələrin həvəsləndirilməsi məqsədilə hədiyyələr təqdim edən Avandsis GROUP, Schneider Electric, Emerson Process Management, ABB, Siemens şirkətlərinə təşəkkür edərək əməkdaşlıq üçün məmnunluğunu bildirib.

E.Qasımov “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” BANM-də çox vacib ixtisaslardan biri olduğunu və burada təhsil alan tələbələrin fəaliyyətinə xüsusi əhəmiyyət verildiyini bildirib.

Rektor bu yarışmanın davamlı olacağına inamını ifadə edərək, gələcəkdə bu yarışmaların orta ümumtəhsil məktəbləri ilə birgə keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra 6 komanda üzrə yarışma başlanıb. Tələbələr hazırladıqları və proqramlaşdırdıqları robotları nümayiş etdiriblər.

Münsiflərin qiymətləndirməsindən sonra komandalar içərisindən “New era” komandası 1-ci yer, “Moon walkers” komandası 2-ci yer, “Star” komandası 3-cü yeri qazanıb. Qalib komandalar BANM-in əməkdaşlıq etdiyi şirkətlər tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.

Yarışmada III kursda təhsil alan 18 tələbə iştirak edib.

Son xəbərlər

Orphus sistemi