Azərbaycanda məktəblilərin payız tətili bu gün başa çatır

Azərbaycanda məktəblilərin payız tətili bu gün başa çatır Məktəblilərin payız tətili noyabrın 12-də başlayıb
Elm və təhsil
17 Noyabr , 2014 12:02
Azərbaycanda məktəblilərin payız tətili bu gün başa çatır
Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanda məktəblilərin payız tətili bu gün - noyabrın 17-də yekunlaşır. "Report"un məlumatına görə, dərslər həm 5 günlük, həm də 6 günlük məktəblərdə noyabrın 18-də başlayacaq.

Xatırladaq ki, 2014/2015-ci dərs ilində məktəblilərin payız tətili noyabrın 12-dən başlayıb.

Qeyd edək ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq dərs ilinin artırılması ilə bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə dəyişikliyinə əsasən, 2015/2016-cı dərs ili ərzində tətillər 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi