Azərbaycanda iki universitetə rektor təyin edilib

Azərbaycanda iki universitetə rektor təyin edilib Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb
Elm və təhsil
23 İyun , 2016 18:08
Azərbaycanda iki universitetə rektor təyin edilib

Bakı. 23 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən Cəfər Məmməd oğlu Cəfərov rektor vəzifəsindən azad olunub. 

Dövlət başçısının digər sərəncamı ilə C.Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edilib.

Prezident İlham Əliyev həmçinin Nurlana Müzəffər qızı Əliyevanın Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında da sərəncam imzalayıb. 

Dövlət başçısının digər sərəncamı ilə Asif Abbas oğlu Hacıyev Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.  

Son xəbərlər

Orphus sistemi