Bakı. 10 fevral. REPORT.AZ/ "Bu ilin aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağının keçirilməsi nəzərdə tutulub".
"Report" xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik Akif Əlizadə Akademiyanın Rəyasət Heyətinin iclasında deyib.
Onun sözlərinə görə, yığıncağın aprelin 27-də keçirilməsi planlaşdırılıb: "Lakin aprelin 29-u da ehtiyat tarixi kimi qalır. Odur ki, Akademiyanın tərkibində fəaliyyət göstərən bütün bölmələrin hesabat hazırlamağa kifayət qədər vaxtı var. Bölmələrə bütün aidiyyəti məsələləri indidən yüksək səviyyədə həll etməyi tapşırıram".