Bakı. 2 sentyabr. REPORT.AZ/ AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda “İctimaiyyətlə əlaqələr” şöbəsi yaradılıb.
İnstitutdan “Report”a verilən məlumata görə, qurumda fəaliyyət göstərən “İnternet və multimedia qrupu”, o cümlədən Muzey həmin şöbənin tərkibinə keçirilib.
Yeni yaradılan şöbə İnstitutda müxtəlif sahələr üzrə aparılan elmi tədqiqat işləri və əldə olunan nailiyyətlər, elmi-texniki tərəqqinin yenilikləri barədə ictimaiyyətin mütəmadi və ətraflı məlumatlandırılmasına xidmət edəcək.
Şöbəyə rəhbərlik biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədova həvalə edilib.