AMEA Genetik Ehtiyatlar İnstitutunda yeni şöbə yaradılıb - FOTO

AMEA Genetik Ehtiyatlar İnstitutunda yeni şöbə yaradılıb - FOTO Şöbəyə rəhbərlik biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədova həvalə edilib
Elm və təhsil
2 Sentyabr , 2016 16:23
AMEA Genetik Ehtiyatlar İnstitutunda yeni şöbə yaradılıb - FOTO

Bakı. 2 sentyabr. REPORT.AZ/ AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda “İctimaiyyətlə əlaqələr” şöbəsi yaradılıb.

İnstitutdan “Report”a verilən məlumata görə, qurumda fəaliyyət göstərən “İnternet və multimedia qrupu”, o cümlədən Muzey həmin şöbənin tərkibinə keçirilib.

Yeni yaradılan şöbə İnstitutda müxtəlif sahələr üzrə aparılan elmi tədqiqat işləri və əldə olunan nailiyyətlər, elmi-texniki tərəqqinin yenilikləri barədə ictimaiyyətin mütəmadi və ətraflı məlumatlandırılmasına xidmət edəcək.

Şöbəyə rəhbərlik biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədova həvalə edilib.

Son xəbərlər

Orphus sistemi