Abituriyentlər üçün növbəti sınaq imtahanı apreldə keçiriləcək

Abituriyentlər üçün növbəti sınaq imtahanı apreldə keçiriləcək Sınaq imtahanlarına yazılış yalnız internetlə aparılır
Elm və təhsil
20 Mart , 2015 10:24
Abituriyentlər üçün növbəti sınaq imtahanı apreldə keçiriləcək

Bakı. 20 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən abituriyentlər üçün üçüncü sınaq imtahanı aprelin 19-da keçiriləcək. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

TQDK həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 30-dan etibarən aparılmasını nəzərdə tutur.

Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi