2010-cu ildə anadan olan, lakin məktəb yaşına çatmayan uşaqlar da məktəbəhazırlıq qruplarına cəlb edilə bilər - RƏSMİ

2010-cu ildə anadan olan, lakin məktəb yaşına çatmayan uşaqlar da məktəbəhazırlıq qruplarına cəlb edilə bilər - RƏSMİ Təhsil Nazirliyi bununla bağlı yerli təhsili idarəetmə orqanlarına tövsiyə verib
Elm və təhsil
21 Sentyabr , 2016 13:54
2010-cu ildə anadan olan, lakin məktəb yaşına çatmayan uşaqlar da məktəbəhazırlıq qruplarına cəlb edilə bilər - RƏSMİ

Bakı. 21 sentyabr. REPORT.AZ/ Təhsil Nazirliyi 2010-cu ildə anadan olan, lakin məktəb yaşına çatmayan uşaqların hazırlıqlara cəlb olunması məsələsinə aydınlıq gətirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.

“Bununla belə, valideynlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, yaradılan qrupların sayını artırmamaq şərti ilə uşaq sayı norması imkan verdiyi halda, 2010-cu ildə anadan olan, lakin məktəb yaşına çatmamış uşaqların da valideyninin arzusuna görə, məktəbəhazırlıq qruplarına cəlbi yerli təhsili idarəetmə orqanlarına tövsiyə edilib”, - nazirlikdən əlavə olunub.

Son xəbərlər

Orphus sistemi