Bakı. 9 iyun. REPORT.AZ/ Təhsil naziri
Onun sözlərinə görə, bu bütün kolleclərə şamil edilməyəcək: "Bu yalnız bir sıra kolleclərə aid edilib.
Nazir bildirib ki, ilk olaraq Bakı şəhərində yerləşən Maliyyə-İqtisad Kollecinin Azərbaycan Dövlət İqtisad Universitetinin tərkibinə verilməsi təklif olunub: "Daha sonra Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Azərbaycan Texniki Universitetinin tərkibinə verilməsi nəzərdə tutulub. Bilirik ki, ali təhsil müəssisələrində müasir baloniya prosesinin tələblərinə keçid orta ixtisas təhsil müəssisələrinə nisbətən daha tez və sürətlə gedir. Mövcud yeniliyi tətbiq etməklə bu prosesi fəallaşdırmaq istəyirik. Bütün bunların məqsədi orta ixtisas təhsil pilləsində tələbələrə verilən təhsil səviyyəsinin daimi yüksəldilməsi və müasir əmək bazarının tələblərinə cavab verən kadrların yetişdirilməsidir".