Bakı. 29 yanvar. REPORT.AZ/ Milli Məclisin yaz sessiyasında uzun müddətdən sonra komitədə müzakirə olunaraq plenar iclasa tövsiyə olunan “Elm haqqında” qanun layihəsinin qəbul olunmasına diqqət yönələcək. “Report” xəbər verir ki, bunu parlamentin Elm və təhsil komitəsinin iclasında komitə sədri Şəmsəddin Hacıyev bildirib.
O qeyd edib ki, bundan başqa digər komitələrlə birgə məsələlərin müzakirəsi də nəzərdə tutulub.
İclasda Elm və təhsil komitəsi hesabat verib.
Daha sonra iclasda ötən sessiya vətəndaşların qəbulu və edilən müraciətlərə baxılması barədə də məlumat verilib.