Füzulidə Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş ilk beynəlxalq elmi konfrans keçirilib

Füzulidə Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş ilk beynəlxalq elmi konfrans keçirilib Füzuli şəhərində dövlət xadimi Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş ilk beynəlxalq elmi konfrans keçirilib.
Elm və təhsil
9 Aprel , 2024 13:10
Füzulidə Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş ilk beynəlxalq elmi konfrans keçirilib

Füzuli şəhərində dövlət xadimi Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş ilk beynəlxalq elmi konfrans keçirilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən məlumat verib.

Bildirilib ki, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil olunan konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb direktoru Həcər Mahmudova və müəllim kollektivi iştirak ediblər.

Elmi konfransda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli “Nizami Gəncəvidən – Əlişir Nəvaiyə və Mirzə Uluqbəyə”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Mirzə Uluqbəyin həyatı, elmi xidmətləri və dövlətçilik fəaliyyəti” mövzularında elmi məruzələrlə çıxış ediblər. Çıxışlardan sonra Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov özbək dilinə tərcümə olunmuş 100 cildlik “Türk ədəbiyyatı inciləri” toplusunu məktəbin kitabxanasına hədiyyə edilib.

Beynəlxalq konfransın iştirakçıları yolüstü Füzuli şəhəri ətrafında AMEA Arxeologiya və Antropolgiya İnstitutu tərəfindən arxeoloji qazıntılar aparılan kurqanlarla tanış olublar.

Son xəbərlər

Orphus sistemi