Nazirin müşaviri: Məktəblərdə davalar zamanı ən çox müdaxilə edənlər "Məktəblinin dostu"nun iştirakçılarıdır

Nazirin müşaviri: Məktəblərdə davalar zamanı ən çox müdaxilə edənlər "Məktəblinin dostu"nun iştirakçılarıdır Aparılan təhlillər onu göstərir ki, "Məktəblinin dostu" layihəsi özünü doğruldur.
Elm və təhsil
18 Aprel , 2024 15:22
Nazirin müşaviri: Məktəblərdə davalar zamanı ən çox müdaxilə edənlər Məktəblinin dostunun iştirakçılarıdır
Azər Abizadə

Aparılan təhlillər onu göstərir ki, "Məktəblinin dostu" layihəsi özünü doğruldur.

"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Azər Abizadə "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, şagirdlər arasında aparılan sorğu onu deməyə əsas verir ki, "Məktəblinin dostu" layihəsi özünü doğrulda bilib: "Geridönüşlər çox müsbətdir. Valideynlərin də razılığı yüksək səviyyədədir".

Nazir müşaviri bildirib ki, təcili yardım göstərilməsi məsələsində tibb heyəti gələnə qədər ilk yardım göstərən məhz "Məktəblinin dostu" olub: "Bundan başqa, davalar zamanı ən çox müdaxilə edən də layihə iştirakçılarıdır. Hazırda 238 məktəb bu layihəyə qoşulub və əhatə dairəsi bundan sonra da genişləndiriləcək".

Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev isə söyləyib ki, son 8 il ərzində "Məktəblinin dostu" tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib. O bildirib ki, 2 586 dəfə tibb heyəti gəlməzdən əvvəl təcili müdaxilə edilib: "Bundan başqa, 22 dəfə məktəblərdə yanğının qarşısı alınıb, 2000-dən çox şagirdə psixoloji yardım göstərilib. Həmçinin 700 uşaq 8 il ərzində müəyyən səbəblərə görə psixiatra yönləndirilib".

Son xəbərlər

Orphus sistemi