Azərbaycan Texniki Universitetinə publik hüquqi şəxs statusu verilib

Azərbaycan Texniki Universitetinə publik hüquqi şəxs statusu verilib Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi.
Elm və təhsil
20 Aprel , 2024 11:40
Azərbaycan Texniki Universitetinə publik hüquqi şəxs statusu verilib

Azərbaycan Texniki Universitetinə publik hüquqi şəxs statusu verilib.

"Report" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərarda əksini tapıb.

Qərara alınıb ki, Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

Qeyd edilib ki, Elm və Təhsil Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universiteti (bundan sonra - Universitet) Azərbaycan Texniki Universitetinin çevrilmə yolu ilə yenidən təşkili nəticəsində yaradılmışdır və onun hüquqi varisidir.

Universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” qanuna uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” qanuna əsasən fundamental, nəzəri-metodoloji, pedaqojimetodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.

Universitetin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, bank hesabı, üzərində Nazirliyin və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

Universitet “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu ilə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir. Universitetin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

Son xəbərlər

Orphus sistemi