Bakıda fəaliyyət göstərən 157 ümumi təhsil müəssisəsində I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq.
Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, məktəblərə şagird qəbulu sərbəst formada və prioritetə (üstünlük hüququ) əsasən aparılacaq. Sərbəst formada şagird qəbulu aparılan məktəblərə valideynlər şəxsi kabinet vasitəsilə məktəb və müəllim seçimini birbaşa edəcəklər. Prioritet (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə (
Qeyd edək ki, müvafiq müddət başa çatdıqdan sonra üstünlük hüququ tətbiq olunan məktəblərdə boş qalan şagird yerlərinə sərbəst qəbul (tədrisi digər dillərdə olan və müsabiqə yolu ilə qəbul aparılan liseylər istisna olmaqla) aparılacaq.
Məlum olduğu kimi, mayın 1-də 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üzrə uşaqların qeydiyyatına