On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb Aprelin 27-də IX və X sinif şagirdləri arasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.
Elm və təhsil
27 Aprel , 2024 13:44
On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb

Aprelin 27-də IX və X sinif şagirdləri arasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.

"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazilriyi məlumat yayıb.

Bildirilib ki, olimpiadanın ilkin mərhələsində 10 minə yaxın şagird iştirak edib. Bu mərhələ çərçivəsində olimpiadanı izləmək üçün Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbə mediatur təşkil olunub. Mediaturda Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutunun rəsmiləri, millət vəkilləri, Qərbi Azərbaycan İcmasının üzvləri və media nümayəndələri iştirak ediblər.

Olimpiadanın Bakı mərhələsində 975 şagird iştirak edib. İlkin mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq.

Olimpiadanın final mərhələsinin iyun ayında Naxçıvan Muxtar Respublikasında keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi