Yanvarın 17-dən Azərbaycanda hava qeyri-sabit keçəcək

Yanvarın 17-dən Azərbaycanda hava qeyri-sabit keçəcək Sabah Bakıda havanın temperaturunun gecə 1-4, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir
Ekologiya
15 Yanvar , 2015 12:58
Yanvarın 17-dən Azərbaycanda hava qeyri-sabit keçəcək

Bakı. 15 yanvar. REPORT.AZ/ Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam yarımadanın bəzi ərazilərində duman, çiskin olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Havanın temperaturunun gecə 1-4, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Yanvarın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Yanvarın 17-18-də hava şəraitinin nisbətən qeyri-sabit keçəcəyi, arabir güclənən xəzri küləyi fonunda temperaturun ötən günlərlə müqayisədə bir qədər aşağı düşəcəyi, rütubətliliyin artacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Son xəbərlər

Orphus sistemi