Azərbaycanda yağıntılı hava şəraiti davam edəcək

Azərbaycanda yağıntılı hava şəraiti davam edəcək Bölgələrdə sulu qar, qar yağacağı gözlənilir
Ekologiya
27 Yanvar , 2015 12:38
Azərbaycanda yağıntılı hava şəraiti davam edəcək

Bakı. 27 yanvar. REPORT.AZ/ Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın "Report"a verdiyi məlumata görə, yanvarın 28-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində hava şəraitinin yağıntılı olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-4, gündüz 5-7 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin dumanlı, çiskinli, axşama doğru yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi