Yağıntı oktyabrın 25-dək davam edəcək - XƏBƏRDARLIQ

Yağıntı oktyabrın 25-dək davam edəcək - XƏBƏRDARLIQ Çaylarda sululuğun artacağı ehtimalı var
Ekologiya
19 Oktyabr , 2016 12:27
Yağıntı oktyabrın 25-dək davam edəcək - XƏBƏRDARLIQ

Bakı. 19 oktyabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək. 

“Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 20-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9, gündüz 10-13 dərəcə isti, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcəyi, şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, oktyabrın 21-dən 25-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimalı var. 

Son xəbərlər

Orphus sistemi