Şənbə günü Bakıda 26 dərəcə isti olacaq

Şənbə günü Bakıda 26 dərəcə isti olacaq Yaxın 2 gündə Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir
Ekologiya
22 May , 2015 12:43
Şənbə günü Bakıda 26 dərəcə isti olacaq

Bakı. 22 may. REPORT.AZ/ Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, mayın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 21-26 dərəcə isti olacaq.

Mayın 23-də Azərbaycan rayonlarında əsasən gecə və axşam bəzi ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, mayın 23-dən 25-dək Abşeron yarımadasında əsasən sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Son xəbərlər

Orphus sistemi