Bakı. 22 may. REPORT.AZ/ Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Mayın 23-də Azərbaycan rayonlarında əsasən gecə və axşam bəzi ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, mayın 23-dən 25-dək Abşeron yarımadasında əsasən sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.