Sabah Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, güclü yağış yağacaq

Sabah Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, güclü yağış yağacaq Havanın temperaturu 31 dərəcəyədək yüksələcək
Ekologiya
23 May , 2016 12:17
Sabah Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, güclü yağış yağacaq

Bakı. 23 may. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, paytaxt və yarımadada səhər zəif duman olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 24-28, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 24-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacagı gözlənilir. Ayrı-ayrı yerlədə intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlədə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi