Sabah Azərbaycanda havanın temperaturu 28 dərəcəyədək yüksələcək

Sabah Azərbaycanda havanın temperaturu 28 dərəcəyədək yüksələcək Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq
Ekologiya
19 Aprel , 2016 11:28
Sabah Azərbaycanda havanın temperaturu 28 dərəcəyədək yüksələcək

Bakı. 19 aprel. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, aprelin 20-də paytaxt və yarımadada cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 21-26, Bakıda gecə 11-13, gündüz 23-25 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 20-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, aprelin 21-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq yarada bilər.

Son xəbərlər

Orphus sistemi