Sabah Azərbaycanda hava şəraiti yağmurlu olacaq

Sabah Azərbaycanda hava şəraiti yağmurlu olacaq Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacaq
Ekologiya
20 Oktyabr , 2016 12:17
Sabah Azərbaycanda hava şəraiti yağmurlu olacaq

Bakı. 20 oktyabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir.

“Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 21-də paytaxt və yarımadada mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 10-13 dərəcə isti, Bakıda gecə 8-10, gündüz 11-13 dətrəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq rayonlarında intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi