Sabah Azərbaycanda 41 dərəcə isti olacaq

Sabah Azərbaycanda 41 dərəcə isti olacaq Bakıda və Abşeron yarımadasında cənub küləyi əsəcək
Ekologiya
18 Avqust , 2015 13:04
Sabah Azərbaycanda 41 dərəcə isti olacaq

Bakı. 18 avqust. REPORT. AZ/ Sabah Azərbaycanda 41 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 32-37 dərəcə isti olacaq. Bakıda havanın temperaturu gecə 24-26, gündüz 32-37 dərəcə isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 41, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi